Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 7-də saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə kino" layihəsi çərçivəsində görkəmli şairəvə ictimai xadim, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçiriləcək. Bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.
Filmin ideya müəllifi tanınmış rəssam-modelyer, dizayner, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır. Ssenari müəllifi isə alim-folklorşünas, şairə və dramaturq Fəridə Hicran Vəliyevadır.
Ekran əsəri Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinəhəsr olunub. Filmdə Xan qızı Natəvan obrazını Fəxriyyə Xələfovaözü canlandırıb.
Filmin çəkilişləri Ağdam, Şuşa və Şahbulaq qalasında aparılıb.
Ekran əsərinin özünəməxsus xüsusiyyətlərindən biri də onunorijinal formatda hazırlanmasıdır. Filmin ərsəyə gəlməsindəXurşidbanu Natəvanın nəslinin davamçıları da iştirak edərək ailəarxivlərində qorunan məlumatları, xatirələri və nəsildən-nəsləötürülən hekayələri bölüşüblər. Bu xatirələr vasitəsilə tamaşaçışairənin şəxsiyyəti, həyat yolu və ailə irsi ilə daha yaxından tanışolmaq imkanı əldə edir.
Məlum olduğu kimi, Xurşidbanu Natəvanın üç övladı olub: Mehdiqulu xan Vəfa, Mir Həsən Ağa Mir və Xanbikə xanım. Mehdiqulu xan Vəfanın qızlarından biri olan Bilqeyis xanımXələfbəyovlar nəslinin nümayəndəsi ilə ailə qurub. Qeyd edək ki, Fəxriyyə Xələfova da Qarabağın tanınmış bəy nəsillərindən biriolan, vaxtilə Şuşada yaşamış Xələfbəyovlar nəslindəndir.
Filmdə Natəvanın həyat və yaradıcılığı, Qarabağın tarixi-mədəniirsi, eləcə də bölgənin özünəməxsus ənənəvi geyim mədəniyyətiəksini tapıb. Xan qızının zəngin irsi ilə yanaşı, Qarabağın tarixiabidələrinin taleyinə də xüsusi diqqət yetirilib.
Ekran əsərində Şuşanın obrazı xüsusi yer tutur. Filmin süjetinəgörə, Xan qızının ruhu sanki azad edilmiş Şuşadakı evinə qayıdır.Dağıntılara məruz qalmasına baxmayaraq, bu ev öz divarlarıarasında şəhərin şanlı tarixini qoruyub saxlayır. Vaxtilə buradatanınmış şəxsiyyətlər toplaşar, ədəbi-bədii və poeziya gecələrikeçirilər, yeni istedadlar üzə çıxardı. Bir zamanlar Şuşanın mədənihəyatının ürəyi məhz burada döyünürdü.
Film tamaşaçıları Xurşidbanu Natəvanın zəngin irsinə bir dahanəzər salmağa, Qarabağın tarixinin unudulmaz səhifələrini yenidənkəşf etməyə, mədəniyyət və yaddaşın nəsillər arasında yaratdığıqırılmaz bağlılığı hiss etməyə dəvət edir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
“Atalardan oğullara hərb sənəti” adlı sərgisi açıldı - (Foto)
-
Lüduviko Eynaudinin musiqisindən caz improvizələrinə qədər - Virtuosos of Baku musiqi axşamları - (Foto)
-
Böyük dünyanın kiçik qəhrəmanları: Rezo Qabriadzenin kuklaları Bakıda - (Foto)
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
23 tondan çox dondurulmuş hind quşu əti məhv edildi
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Bir bankın iflası ölkəni silkələdi - 3 milyon insan zərər çəkdi
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
-
Aptekdən 35 min manat oğurlandı
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
İran Ermənistana xəbərdarlıq edib
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Avropada təyyarələr havada qaldı - Üç sərnişin təyyarəsi təcili endirildi
-
Mikayıl Budaqova yeni vəzifə verildi
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
-
Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
-
“Atalardan oğullara hərb sənəti” adlı sərgisi açıldı - (Foto)
-
Azərbaycanda yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib
-
Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı
-
Mehdiabadda sakinlərin şikayəti nəticəsiz qalıb





