Bir bankın iflası ölkəni silkələdi - 3 milyon insan zərər çəkdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paraqvayda ölkənin altıncı ən böyük bankı olan "Ueno Bank"ın fəaliyyətində ciddi maliyyə problemlərinin aşkarlanmasından sonra bank böhranı yaşanıb. Nəticədə ölkənin yetkin əhalisinin təxminən 60 faizini təşkil edən 3 milyondan çox insan bank hesablarındakı vəsaitlərinə və pensiyalarına çıxış imkanını itirib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, ödəniş qabiliyyəti ilə bağlı ciddi problemlər aşkarlandıqdan sonra Mərkəzi Bank "Ueno Bank"a nəzarəti ələ keçirib.
Hakimiyyət orqanlarının müdaxiləsindən sonra bankın mobil tətbiqi, kredit kartları və pul köçürmələri tamamilə bloklanıb. Nəticədə müştərilər öz vəsaitlərindən istifadə edə bilməyiblər.
Böhrandan zərər çəkənlər arasında bankda təxminən 380 milyon dollar yerləşdirən dövlət pensiya fondu IPS də var.
Tənzimləyici qurum bankın ləğv edilməsini və kredit portfelinin satışını nəzərdə tutur. Qurumun qiymətləndirməsinə görə, əmanətçilərin 98 faizi kompensasiya ala biləcək. Lakin istiqraz sahiblərinə sığorta ödənişləri şamil olunmayacaq.
Paraqvay prokurorluğu artıq bankın rəhbəri və kredit təşkilatının əsas səhmdarı olan "Grupo Vázquez" şirkətinin rəhbəri də daxil olmaqla, səkkiz nəfərin həbsinə göstəriş verib.
Qeyd edək ki, qalmaqal ölkə Prezidenti Santyaqo Penya üçün də ciddi siyasi zərbə hesab olunur. O, 2025-ci ilin martına qədər "Ueno" holdinqində pay sahibi olub. Məlumata görə, Penya hakimiyyətə gəldikdən sonra dövlət qurumlarının bankda yerləşdirdiyi depozitlərin həcmi təxminən 800 milyon dollara çatıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqladı
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
XƏBƏR LENTİ
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)





