Cəmiyyət

Mikayıl Budaqova yeni vəzifə verildi

5 Noyabr 2026 16:03
Baxış: 63
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində yeni təyinat olub.

Mikayıl Əhməd oğlu Budaqov Baş İdarənin Bəyannamələr idarəsinin rəisi təyin edilib. O, bu vəzifədə Emil Namiq oğlu Süleymanovu əvəzləyib.

M. Budaqov bundan əvvəl Milli Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil idarəsinin rəis müavini olub. Daha əvvəl "EY" şirkətində audit sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında müəllimdir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.