Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən mərasimi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq tədbir iştirakçılarını salamlayıb, muzeydə yaradılan yeni ekspozisiya və Zəfər zalı barədə məlumat verib.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, altı il əvvəl biz 44 gün həyacan və narahatçılıq yaşadıq və nəticədə şanlı Qələbə əldə olundu. Son 200 ildə ilk dəfə xalqımız işğal olunan torpaqlarını geri qaytarmağa nail oldu. Bu illər ərzində düşmən həmin düşmən, xalq elə həmin xalq idi. Lakin bu dəfə qazanılan Şanlı Qələbəmizin təməlində Prezident İlham Əliyevin şəxsiyyət faktoru, onun dahi intellekti və siyasəti durur.
Mərasimdə Mədəniyyət naziri Adil Kərimli öz çıxışında qeyd edib ki: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsidir. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk.
Tədbirdə qeyd edilib ki, ekspozisiyada tarixi materiallarla yanaşı, müasir texnoloji və interaktiv həllər də təqdim olunub. Burada kiçik yaşlı ziyarətçilər üçün simulyasiya oyunu, müasir informasiya tabloları, həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, Böyük Qayıdış prosesini əks etdirən immersiv zal yaradılıb.
Ekspozisiyanın əsas məzmunu Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyünün bərpasının və müharibədən sonrakı quruculuq prosesinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi və həyata keçirdiyi strategiya sayəsində reallaşdığını nümayiş etdirməkdir. Müasir texnologiyalar vasitəsilə bu tarixi proseslər ziyarətçilərə daha əyani və interaktiv şəkildə təqdim olunur.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, şəhid anası Məleykə Məcidova və Vətən müharibəsi qazisi Famil Məlikov çıxışlarında müharibənin tarixi əhəmiyyətindən, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edilib. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlə davam edir.
Tədbirin sonunda Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə baş verən mühüm tarixi hadisələrə həsr edilmiş "Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru" kitabının ingilis və rus dillərində nəşrləri təqdim olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
Mikayıl Budaqova yeni vəzifə verildi
XƏBƏR LENTİ
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
23 tondan çox dondurulmuş hind quşu əti məhv edildi
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Bir bankın iflası ölkəni silkələdi - 3 milyon insan zərər çəkdi
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
-
Aptekdən 35 min manat oğurlandı
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
İran Ermənistana xəbərdarlıq edib
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Avropada təyyarələr havada qaldı - Üç sərnişin təyyarəsi təcili endirildi
-
Mikayıl Budaqova yeni vəzifə verildi
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
-
Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
-
“Atalardan oğullara hərb sənəti” adlı sərgisi açıldı - (Foto)
-
Azərbaycanda yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib
-
Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı





