Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həftəsonunu ailə ilə birlikdə əyləncəli keçirməyin ən maraqlı yollarından biri film izləməkdir. Lakin həm uşaqların, həm də böyüklərin zövqünə uyğun ekran əsəri seçmək heç də asan deyil. Bəzi filmlər balacalar üçün darıxdırıcı, digərləri isə böyüklər üçün həddindən artıq sadə ola bilər.
Milli.Az ailəlikcə izləyə biləcəyiniz, maraqlı süjeti və əyləncəli hadisələri ilə diqqət çəkən beş ekran əsərini təqdim edir.
"Cumanci: Cəngəlliyə çağırış" (Jumanji: Welcome to the Jungle) - 12+
Hadisələr 1996-cı ildə başlayır. Yeniyetmə oğlan atasından hədiyyə olaraq oyun alır. Lakin stolüstü oyunlar onu qətiyyən maraqlandırmır. Axı videooyun konsolları olduğu halda kim stolüstü oyunlarla vaxt keçirmək istəyər?
Ancaq "Cumanci" zamanın tələblərinə uyğunlaşmağı bacarır və oyun qutusunun içərisində videooyun kartrici peyda olur. Uzun illər sonra bir qrup məktəbli köhnə oyun konsolunu tapır. Bununla da təhlükəli və macəralarla dolu oyun yenidən başlayır. Film yumor, fantastika və gözlənilməz hadisələrlə zəngindir.
"Onuncu krallıq" (The 10th Kingdom) - 6+
Əslində, bu ekran əsəri film deyil, mini-serialdır. Lakin qısa formatı sayəsində onu bir həftəsonu ərzində izləmək mümkündür. Bu, bəzi məqamları qaranlıq və qorxulu olsa da, ümumilikdə sehrli hadisələrlə zəngin nağıl hekayəsidir. Əsas qəhrəman adi bir ofisiant qızdır. Tale onu başqa dünyadan gəlmiş, sehrlənmiş şahzadə ilə qarşılaşdırır.
Məhz bu görüşdən sonra qızın həyatı tamamilə dəyişir. O, qəddar trollardan qaçmalı, insan görkəminə düşmüş canavarla tanış olmalı və illər əvvəl yoxa çıxmış anası haqqında yeni sirlər öyrənməlidir.
Nağıl dünyasının müxtəlif qəhrəmanlarını bir araya gətirən ekran əsəri həm macəra, həm də ailə münasibətləri baxımından maraqlı süjetə malikdir.
"Muzeydə gecə" (Night at the Museum) - 12+
Fantastik komediya həyatda uğur qazana bilməyən bir atanın hekayəsindən bəhs edir. O, təbiət tarixi muzeyində gecə gözətçisi kimi işə düzəlir. Lakin heç kim ona muzeyin qeyri-adi sirri barədə xəbərdarlıq etmir. Məlum olur ki, günəş batdıqdan sonra muzeydəki eksponatlar canlanır.
Beləliklə, adi görünən iş gecələr inanılmaz macəralarla dolu bir məşğuliyyətə çevrilir. Bütün bu hadisələr isə kişinin oğlu üçün xüsusilə əyləncəli olur. Film həm gülməli səhnələri, həm də tarixi personajların canlanması ilə uşaqların marağını cəlb edə bilər.
"Valideynlər üçün tələ" (The Parent Trap) - 0+
Film bir-birinin varlığından xəbərsiz olan əkiz bacıların hekayəsindən bəhs edir. Təsadüf nəticəsində hər iki qız eyni yay düşərgəsinə gedir. Əvvəlcə aralarında mübahisələr yaranır, lakin sonradan onlar dostlaşırlar. Bir müddət sonra bacılar həqiqəti öyrənirlər. Məlum olur ki, onlar doğma bacıdırlar və valideynləri illər əvvəl ayrılıb. Bundan sonra qızlar ailələrini yenidən birləşdirmək üçün plan hazırlayırlar. Onlar böyükləri barışdırmaq məqsədilə müxtəlif hiylələrə əl atır, ağıllarından və bacarıqlarından istifadə edirlər.
Film ailə münasibətləri, bacı sevgisi və valideynlərlə övladlar arasındakı bağlardan bəhs edən əyləncəli komediyadır.
"Gələcəyə qayıdış" (Back to the Future) - 12+
Zamanda səyahət mövzusunda çəkilmiş bu ekran əsəri dünya kinosunun klassik nümunələrindən biridir. Filmin əsas qəhrəmanı təsadüfən keçmişə səyahət edən məktəblidir.
Lakin bu səyahət gözlənilməz problemlərə səbəb olur. Yeniyetmə bilmədən öz valideynlərinin gənclik illərindəki romantik tanışlığına mane olmaq təhlükəsi ilə üzləşir. Problem ondadır ki, valideynləri bir-birinə aşiq olmasa, onun özü də dünyaya gəlməyəcək. Tamamilə yox olmamaq üçün qəhrəman hadisələrin gedişini dəyişməli, valideynlərinin tanış olmasını təmin etməli və bunun üçün bütün bacarığını ortaya qoymalıdır.
Film fantastika, komediya və macəra elementlərini birləşdirərək müxtəlif yaş qruplarından olan tamaşaçılara maraqlı hekayə təqdim edir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
Rəqsanə sənətdən gedir
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi
XƏBƏR LENTİ
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi (TAM ÇIXIŞ)
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı





