Cəmiyyət

ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA

6 Noyabr 2026 14:56
Baxış: 87
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində kütləvi işdən çıxarmalar baş verdiyi iddia olunur.

Milli.Az-a daxil olan məlumata görə, kollecə bu yaxınlarda şöbə müdiri təyin edilən Pərvin Məmmədova vəzifəyə başladıqdan sonra 10-dan çox işçini müxtəlif bəhanələrlə işdən azad edib.

Məlumatda bildirilir ki, işdən çıxarılan əməkdaşlara konkret və əsaslı səbəb göstərilməyib.

Qeyd edək ki, ADNSU-nun nəzdindəki Sənaye və Texnologiya Kollecinə hazırda Nazim Abışov rəhbərlik edir.

Milli.Az iddialarla bağlı ADNSU və kollec rəhbərliyinin mövqeyini öyrənməyə çalışır. Tərəflərin açıqlama vermək istəyəcəyi təqdirdə, onların mövqeyini dərc etməyə hazırıq. Məsələ ilə bağlı universitetə sorğu ünvanlamışıq. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.