Hadisə, Kriminal

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qaziyə cəza verildi

6 Noyabr 2026 14:55
Baxış: 88
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda iş adamını şantaj edərək 30 min manat pul tələb edən Vətən müharibəsi qazisi 24 yaşlı İlqar Əzimova (ad-soyad şərtidir) hökm oxunub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Bildirilib ki, İlqar paytaxtın mərkəzində yerləşən "Red Light" sağlamlıq mərkəzinə daxil olaraq oranı işlədən xanım sahibkarı şantaj edib. Özünü DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edən gənc obyekt sahibindən 30 min tələb edib.

Məsələ ilə bağlı polisə məlumat daxil olduqdan sonra əməliyyat keçirilib və İ.Əzimov saxlanılıb.

Onun hansısa dövlət qurumunda işləmədiyi, cinayətkar niyyətlə sağlamlıq mərkəzinə daxil olması müəyyənləşib.

Məhkəmədə İ.Əzimov qarşı tərəflə barışdığını bildirib. Həmçinin onun Vətən müharibəsində və antiterror tədbirlərində iştirakı, medallarla təltif edilməsi hökmdə nəzərə alınıb.

Məhkəmənin hökmü ilə İlqara 5 il həbs cəzası verilib. Lakin cəza sınaq müddəti qoyulmaqla şərti hesab edilib. İstintaq müddətində həbsdə saxlanılan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.