Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmuş 56 əməkdaşla görüş keçirib.
Milli.Az xəbər verir ki, 2025-ci ilin sentyabrında başlanmış proqram gələcək aviatexniklərin nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur. Təhsilin ilk iki ili Milli Aviasiya Akademiyasında (MAA) nəzəri hazırlığa, növbəti üç ili isə praktiki təlimə həsr olunub. B1 istiqaməti təyyarələrin konstruksiyası, mühərrikləri və mexaniki sistemlərinə, B2 istiqaməti isə elektrik, elektron, rabitə və naviqasiya sistemlərinə texniki xidmət üzrə ixtisaslaşmanı əhatə edir.
Görüş zamanı Azərbaycan Hava Yollarının İnsan Resursları İdarəsinin əməkdaşları və Texniki Xidmətin rəhbər heyəti iştirakçılara aviaşirkətin strateji prioritetləri, inkişaf perspektivləri və gələcək texniki mütəxəssislər qarşısında qoyulan peşəkar tələblər barədə məlumat veriblər. Həmçinin iştirakçıların gələcək karyera imkanları və aviasiya sahəsində peşəkar inkişafın əhəmiyyəti ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində təşkil olunan praktiki təlim isə korporativ dəyərlərin gündəlik iş prosesində tətbiqinə və hər bir əməkdaşın uçuş təhlükəsizliyi mədəniyyətinin formalaşmasında daşıdığı məsuliyyətə həsr olunub.
Proqram Azərbaycan Hava Yollarının texniki xidmət sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına, daxili kadr potensialının inkişafına və aviasiya əməliyyatlarının dayanıqlılığını təmin edən peşəkar komandanın formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir.
Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda qısa iş günü deyil
-
Asim Şahsuvarlıya yüksək vəzifə verildi
-
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
XƏBƏR LENTİ
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
Bu gün Azərbaycanda qısa iş günü deyil
-
Asim Şahsuvarlıya yüksək vəzifə verildi
-
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın beynəlxalq münasibətlərə baxışı
-
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Emin Mahmudov bu oyundan sonra millidən gedir
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Əməkdar artist: “Qız uşağı böyüdürəm, evimdə yad kişi istəmirəm” - (Video)
-
Minlərlə sahibkar üçün yeni güzəşt
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
“Sabah”ın futbolçusu Puxaç: “O hərəkəti qəsdən etdim”
-
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - (Foto)
-
Qonşu ölkədə çoxuşaqlı ailələrə 65 min dollar veriləcək
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
Jorji Jezuşdan Ronaldu ilə bağlı diqqətçəkən addım: Fotosunu...
-
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
-
“Sabah” fransalı futbolçusunu göndərdi (Foto)
-
Bu sahədəki 100%-lik tam vergi azadolması ləğv edilir
-
Azərbaycanda bu taksi şirkətinin adı dəyişdirildi
-
Metronun bu stansiyası yenidən qurulacaq
-
Zəfərin ildönümünə 2 gün qaldı - (Video)
-
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
-
Rəqqasə Fatimə: “Nəvə saxlamaq fikrim yoxdur, qocalanda baxaram”





