Ölkə

Azərbaycanda bu taksi şirkətinin adı dəyişdirildi

6 Noyabr 2026 11:53
Baxış: 214
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda fəaliyyət göstərən "Uber" taksi sifarişi xidmətinin adı dəyişdirilib.

Milli.Az FED.az-a istinadla xəbər verir ki, platforma bundan sonra "Heetch AZ" adı ilə fəaliyyət göstərəcək.

Dəyişikliklə bağlı məlumat tətbiqin "Quql Pley" (Google Play) platformasındakı səhifəsində yer alıb. Belə ki, tətbiqin açıqlamasında "Uber AZ"ın artıq "Heetch" olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.

Ad dəyişikliyinə baxmayaraq, tətbiqin mövcud texniki identifikatoru saxlanılıb. Bu isə platformanın əvvəlki tətbiq üzərindən fəaliyyətini davam etdirdiyini göstərir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.