Dünya

Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı

6 Noyabr 2026 16:21
Baxış: 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransa hava məkanından uçan 4 təyyarə ilə bağlı bomba xəbərdarlığı qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Fransa Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, bütün təyyarələr təhlükəsiz şəkildə eniş edib. Hazırda bomba zərərsizləşdirmə qrupları hava gəmilərində yoxlamalar aparır.

Məlumata görə, Avropada aviareyslərə qarşı bomba təhdidlərinin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, təkcə dünən Avropada 30-a yaxın aviareyslə bağlı saxta bomba xəbərdarlığı yayılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.