İdman

"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı

6 Noyabr 2026 16:30
Baxış: 76
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Belarusun "Dnepr" klubunda çıxış edən Müzəffər Qurbanov Azərbaycanın U-21 millisinin heyətinə dəvət edilib.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu noyabrda Bakıda keçiriləcək təlim-məşq toplanışına qatılacaq. Hazırlıq prosesi 9-17 noyabr tarixini əhatə edir. 

Millimiz noyabrın 14-də və 17-də Omanla iki yoldaşlıq oyununda gücünü sınayacaq.

Qeyd edək ki, "Dnepr" yetirməsi Müzəffər Qurbanov əsas komandada 38 matçda meydana çıxıb və üç qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.