Belarusun "Dnepr" klubunda çıxış edən Müzəffər Qurbanov Azərbaycanın U-21 millisinin heyətinə dəvət edilib.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu noyabrda Bakıda keçiriləcək təlim-məşq toplanışına qatılacaq. Hazırlıq prosesi 9-17 noyabr tarixini əhatə edir.
Millimiz noyabrın 14-də və 17-də Omanla iki yoldaşlıq oyununda gücünü sınayacaq.
Qeyd edək ki, "Dnepr" yetirməsi Müzəffər Qurbanov əsas komandada 38 matçda meydana çıxıb və üç qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)