Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tərtər rayonunda iki nəfəri öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, cari il avqustun 6-da Tərtər şəhəri Nəriman Nərimanov küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinin yanması və həmin evdə yaşayan 1954-cü il təvəllüdlü Adilə Hüseynova və əri 1941-ci il təvəllüdlü Əsgər Səmədovun üzərlərində zorakılıq əlamətləri olan kömürləşmiş meyitlərinin aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində davam etdirilən cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüqar Baxşəliyevin tamah məqsədilə qanunsuz olaraq Adilə Hüseynova və Əsgər Səmədovun yaşadıqları mənzilə daxil olaraq kəsici alətlə onlara xəsarət yetirdiyi, evdən külli miqdarda pul vəsaitini taladığı, habelə cinayətin izlərini gizlətmək məqsədilə özü ilə gətirdiyi yanacaqdan istifadə edərək mənzili və zərərçəkmiş şəxsləri yandırmaqla onları xüsusi amansızlıqla qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Baxşəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3 (quldurluq) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Usta iş başında öldü
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
XƏBƏR LENTİ
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib - (Foto)
-
Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi
-
TƏBİB sədri onu işdən çıxardı - (Foto)
-
AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi
-
Şəhriyar Əbilov: "20 günə 50 min qazandım"
-
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA
-
Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qaziyə cəza verildi





