Fatma Betül Sayan Kaya həbs olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya barəsində həbs qərarı çıxarılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında aparılan əməliyyatlarla əlaqəli fond istintaqı çərçivəsində saxlanılıb.
İfadəsi alındıqdan sonra ona qarşı "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılmış təşkilatda iştirak şübhələri irəli sürülüb. Prokurorluq sabiq nazirin həbsini tələb edərək onu növbətçi məhkəməyə göndərib. Məhkəmə vəsatəti qəbul edərək Kaya barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqla əlaqədar onun həyat yoldaşı İlyas Kaya və Türkiyə Kapital Bazarları Şurasının (SPK) sabiq rəhbəri İbrahim Ömer Gönül barəsində də məhkəmə nəzarəti qərarı verilib.
Həmin şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Bundan əlavə, onların müəyyən edilmiş qaydada müvafiq qurumlara imza verməsi öhdəliyi tətbiq edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan avro ucuzlaşdı - Rəsmi
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
-
Ülviyyə Rəhimova: “Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - (Foto)
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)





