Fatma Betül Sayan Kaya həbs olundu

6 Noyabr 2026 09:33

Türkiyənin keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya barəsində həbs qərarı çıxarılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında aparılan əməliyyatlarla əlaqəli fond istintaqı çərçivəsində saxlanılıb.

İfadəsi alındıqdan sonra ona qarşı "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılmış təşkilatda iştirak şübhələri irəli sürülüb. Prokurorluq sabiq nazirin həbsini tələb edərək onu növbətçi məhkəməyə göndərib. Məhkəmə vəsatəti qəbul edərək Kaya barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqla əlaqədar onun həyat yoldaşı İlyas Kaya və Türkiyə Kapital Bazarları Şurasının (SPK) sabiq rəhbəri İbrahim Ömer Gönül barəsində də məhkəmə nəzarəti qərarı verilib.

Həmin şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Bundan əlavə, onların müəyyən edilmiş qaydada müvafiq qurumlara imza verməsi öhdəliyi tətbiq edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)