Maraqlı

Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?

8 Noyabr 2026 23:31
Baxış: 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Almaniyada dostlarla yemeyə çıxarkən hesabı bərabər bölmək əvəzinə hər kəsin yalnız öz siparişinin pulunu ödəməsi adi haldır.

Milli.Az xəbər verir ki, bu yanaşma xəsisliklə deyil, ədalət hissini qorumaq və heç kimin başqasına borclu qalmamasını təmin etmək istəyindən irəli gəlir. Almancada bu mədəniyyət "Klare Rechnung, gute Freunde" ("Hesablar təmiz olanda dostluqlar möhkəm olar") ifadəsi ilə izah olunur.

Restoranlarda, gənclərin toplaşdığı Späti adlı kiçik marketlərdə kimin nə qədər içki içdiyinin dəqiq hesabı aparılır. Barmen Julian Berger qeyd edir ki, hər kəs öz hesabını ödədikdə insanlar özlərini daha rahat hiss edirlər.

Almaniyanın cənubundakı pivə yerlərində (Biergarten), Bavyera kimi ənənəvi bölgələrdə və Erntedankfest, Köln karnavalı kimi kütləvi tədbirlərdə növbə ilə bir-birini içkiyə qonaq etmək (Runde geben) daha geniş yayılıb. Yalnız özünüzə içki alarsınızsa, bu, qəribə qarşılana bilər.

Almaniyada kimsə açıq şəkildə "Ich lade dich ein" ("Səni mən qonaq edirəm") deməyibsə, hər kəsin öz hesabını ödəyir. Ofisiantlar da əksər hallarda özləri "Getrennt oder zusammen?" ("Ayrı-ayrı, yoxsa birlikdə?") deyə soruşurlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.