Hadisə

Kanalizasiya xətti üstündə dava düşdü - (Video)

8 Noyabr 2026 21:48
Baxış: 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və  Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.

Qafqaz küçəsinin sakinləri deyirlər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.

Lakin, indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından sakinlər çətin vəziyyətlə üzləşiblər.

Sakinlər deyirlər ki, dəfələrlə məsələylə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçə sakinlərinin problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.

Kəpəz küçəsinin sakinləri isə bildirirlər ki, kanalizasiya xəttini onlar da öz vəsaitləri hesabına çəkdiriblər.

Onların sözlərinə görə, digər küçənin sakinlərinin də həmin xəttə qoşulması mövcud problemin öz evlərində də yaranmasına səbəb ola bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.