Hava

Bu ərazilərə qar yağdı (Foto)

9 Noyabr 2026 10:02
Baxış: 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb.

Böyük Qafqaz sıra dağlarının şimal-qərb bölgəsindən keçən hissəsində, yüksək dağlıq ərazilərdə artıq bir neçə gündür qar yağması müşahidə olunur.

Noyabrın 8-dən 9-na keçən gecədən başlayaraq Qax rayonunun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə, eləcə də Şəki rayonunun Oxud və Kiş kəndlərinin inzibati ərazilərinə qar yağıb.

Hazırda Sarıbaş kəndində qar örtüyünün qalınlığı 10 santimetri ötüb. Şəkinin Oxud və Kiş kəndlərində isə qarın qalınlığı 3-6 santimetr arasında dəyişir.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Havanın temperaturu düzənlik ərazilərdə müsbət 5, yüksək dağlıq ərazilərdə isə mənfi 4 dərəcəyədək enib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.