İdman

"Barselona" "Atletiko"nu geridönüşlə məğlub etdi

9 Noyabr 2026 08:59
Baxış: 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniya La Liqasının 12-ci turunun son qarşılaşmasında "Atletiko Madrid" və "Barselona" komandaları üz-üzə gəliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Madriddəki "Sivitas Metropolitano" stadionunda keçirilən görüş qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:2.

Matçda hesabı 10-cu dəqiqədə "Atletiko"nun hücumçusu Culiano Simeone açıb. Qonaqların yarımmüdafiəçisi Fermin Lopes 45-ci dəqiqədə hesabı bərabərləşdirib. O, 66-cı dəqiqədə daha bir qol vuraraq dubl edib və komandasına qələbə qazandırıb.

İspaniya çempionatında 11 turdan sonra "Atletiko" 28 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Barselona" isə 33 xalla liderliyini davam etdirir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.