Şou-biznes

Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"

9 Noyabr 2026 00:13
Baxış: 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli aktrisa Burcu Biricik televiziya sektorunda yaşanan reklam böhranı və aktyorların qazancı ilə bağlı müzakirələrə münasibət bildirib.

Milli.Az xəbər verir ki, aktrisa aktyorların deyildiyi kimi yüksək qonorarlar almadığını deyib:

"Aktyorların yalnız milyonlar qazanırmış kimi təqdim olunur. İnanın, milyonlar qazanan cəmi 3-5 aktyor var. Qalan hər kəs dolanışığını təmin etmək dərdindədir. Buna görə də aktyorların qonorarından kəsiləcək pullarla bu sektoru xilas etmək mümkün deyil.

Məncə, bu sistemdə ciddi və köklü dəyişikliklərə ehtiyac var. Bunun üçün prodüserlər və televiziya kanalları radikal addımlar atmalıdır".

Qeyd edək ki, Türkiyə televiziya sektorunda reklam gəlirlərinin azalması səbəbindən iqtisadi böhran yaşanır. Bu vəziyyətin ardından prodüserlərin aktyorlardan qonorarlarında endirim etmələrini istədiyi bildirilir. Həçşinin bu səbəbdən bir çox  ekran işi final edib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.