Cəmiyyət

Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı

9 Noyabr 2026 14:53
Baxış: 98
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində intensiv yağış və qar qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 9, Şahbuzda 15, Küküdə 13, Biçənəkdə 14, Şərurda 9, Axurada 11, Ordubadda 13, Parağaçayda 18, Culfada 4, Kəngərlidə 12, Sədərəkdə isə 7 millimetr təşkil edib.

Qarlı hava şəraiti, xüsusilə muxtar respublikanın yüksək dağlıq ərazilərində qar örtüyünün yaranmasına səbəb olub.

Belə ki, Ordubad rayonunun 3000 metr yüksəklikdə yerləşən ərazilərində qarın hündürlüyü 39 santimetrə çatıb. Parağaçay Qar Uçqunu Stansiyasında 18, Nürgütdə 16, Küküdə 15, Biçənəkdə 10, Axurada 9, Kəngərlidə isə 7 santimetr qar qeydə alınıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.