Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı soyqırımı şəhidlərini rəhmətlə yad etdik, Xankəndiyə səfər etdik. İnşallah, qəhrəmanlarımızın ruhunu şad etdik.
"TRT Haber"in yaydığı məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü tədbirlərində iştirak etdikdən sonra Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan qırılmaz bağlarla bir-birinə bağlı iki qardaş ölkədir. Onun sözlərinə görə, iki ölkə arasında enerji, nəqliyyat və infrastruktur başda olmaqla bir çox strateji sahədə əməkdaşlıq həyata keçirilir.
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə regionda baş verən son hadisələr müzakirə etdik. Türkiyə işğaldan azad edilmə dövründə olduğu kimi, Qarabağın inkişafı üçün də əlindən gələn hər cür dəstəyi göstərir Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və tinglik təsərrüfatının Qarabağda yaradılmasından çox məmnun olduq. Gələn il 40 sinif otağı, iki laboratoriya və kitabxanadan ibarət məktəbin açılışını planlaşdırırıq.
Türkiyə və Azərbaycan sevincdə də, kədərdə də bir ürək, bir yumruq olan, hər cür çətinliyə birlikdə sinə gərən iki qardaş dövlətdir. Aramızdakı dostluğa, həmrəyliyə və qardaşlığa Allahın izni ilə heç kim kölgə sala bilməz. Türkiyə ilə Azərbaycan arasında ayrılıq yaratmağa çalışanlar əbəs yerə səy göstərirlər. Türkiyə ilə Azərbaycan arasında tam həmrəylik, tale ortaqlığı və qardaşlıq hüququ mövcuddur.
Bu birliyin hər şeydən əvvəl bəzi dairələri narahat etdiyi məlumdur. Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birlikdə hərəkət etdikdə hansı addımları ata bildiyini görmək üçün tarixə nəzər salmaq kifayətdir.
Biz fərqli dövlətlərik. Eyni zamanda, fərqli institusional strukturlara malikik. Lakin qardaşlıq bağı ilə bir-birimizə möhkəm bağlıyıq. Bu bağ bizi ayaqda saxlayan və güclü edən ən mühüm amildir", - deyə o əlavə edib.
Ərdoğan səfərin Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi baxımından əhəmiyyətini vurğulayaraq, göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür edib.
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
-
Əraqçi: “Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun”
-
Tramp Si Çinpin və Putinlə danışacaq
XƏBƏR LENTİ
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək
-
Sabahın havası açıqlandı
-
Şəbnəm Tovuzlunun makiyajsız halı müzakirə yaratdı - (Video)





