İdman

Hava şəraitinə görə bu oyun təxirə salındı

9 Noyabr 2026 16:37
Baxış: 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" - "Marafon" qarşılaşması təxirə salınıb. 

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadək aramsız yağış yağması və Şirvan Olimpiya İdman Kompleksinin ot örtüyünün oyunun keçirilməsi üçün uyğunsuz vəziyyətə gəlməsidir.

Peşəkar Futbol Liqası matçın sabah keçirilməsi barədə qərar verib. Oyun eyni məkanda baş tutacaq və saat 15:00-da start götürəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.