İdman

Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi

10 Noyabr 2026 18:56
Baxış: 94
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının baş məşqçisi Simone İnzaqi komandanı tərk etmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, bu haqda insayder Nikolo Skira məlumat yayıb. İtaliyalı mütəxəssis gələn ilin iyulunadək qüvvədə olan müqaviləsini yeniləməyəcək.

Bildirilir ki, "İnter"in sabiq baş məşqçisi Səudiyyə Ərəbistanında il ərzində 26 milyon avro məvacib alır. O, 2025-ci ilin yayından "Əl-Hilal"a rəhbərlik edir.

Komanda hazırda Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə liderlik edir. Paytaxt təmsilçisinin 11 turdan sonra 30 xalı var.

Qeyd edək ki, oktyabr ayında yayılan məlumatlara əsasən, "Arsenal"ın baş məşqçisi Mikel Arteta London klubu ilə müqaviləsini uzatdıqdan sonra dünyanın ən çox maaş alan futbol məşqçiləri siyahısında birinci pilləyə yüksəlib. Bununla da o, bu göstəricidə İnzaqini geridə qoyub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.