Aslan Fətullayev vəfat etdi - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Kukla Teatrının kollektivi və teatr ictimaiyyəti ağır itki ilə üzləşib. Əməkdar mədəniyyət işçisi, aktyor Aslan Miri oğlu Fətullayev vəfat (10 noyabr 2026-cı il) edib.
Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Sənətə sevgisi hələ uşaqlıq illərindən başlayıb. Cəmi yeddi yaşında kənd mədəniyyət evində səhnələşdirilən Yusif Əzimzadənin "Nəsrəddin" komediyasında İnkir obrazı ilə ilk dəfə səhnəyə çıxıb. Bu çıxış sonradan bütün ömrünü həsr edəcəyi sənət yolunun başlanğıcı olub.
1974-1976-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunda, 1977-1982-ci illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Peşəkar fəaliyyətinə paralel olaraq mədəniyyət sahəsində də fəal çalışıb, Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində, o cümlədən "Dostluq" mədəniyyət evində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Onun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən mədəni layihələr, xüsusilə Qarabağ müharibəsinin ilk illərində cəbhə bölgələrinə təşkil olunan konsert proqramları mədəniyyətin mənəvi dəstək missiyasına çevrilib.
Aslan Fətullayev teatrla yanaşı, televiziya və kino sahəsində də özünəməxsus yaradıcılıq izi qoyub. "Canlı şahid" televiziya tamaşasında canlandırdığı Şani obrazı ilə hələ gənc yaşlarında Azərbaycan Televiziyasının qızıl fonduna düşüb. "Səhər görüşləri", "Gecə kanalı", "Komediyalar aləminə səyahət", "45 dəqiqə" kimi televiziya proqramlarında yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb.
"Qorxma, mən səninləyəm", "Qətl günü", "Mikrorayonda cin", "Papaq", "Oğlan və maral" kimi filmlərdəki rolları, eləcə də dublyaj fəaliyyəti onun çoxşaxəli yaradıcılığının mühüm səhifələrindəndir.
2008-ci ildən 31 oktyabr 2026-cı ilədək Azərbaycan Dövlət Kukla Teatrında çalışan aktyor burada da öz sənət təcrübəsi, fərdi ifa üslubu və səhnə enerjisi ilə seçilib. Uşaqlarla işləməyi, onların saf dünyası ilə ünsiyyətdə olmağı sənətinin ən sevimli tərəflərindən hesab edən Aslan müəllim ömrünün son illərinədək səhnədən ayrılmayıb.
O, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülən sənətkar 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə də təltif olunub.
Aslan Fətullayevin ömür yolu səhnəyə, sənətə, mədəniyyətə və insanlara xidmətin nümunəsi idi. O, təkcə yaratdığı obrazlarla deyil, zəngin həyat və yaradıcılıq təcrübəsi, mədəniyyət sahəsindəki təşkilatçılıq fəaliyyəti ilə də yaddaşlarda qalacaq.
Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi və kollektivi Aslan Fətullayevin vəfatından dərin kədər hissi keçirir, mərhumun ailəsinə, doğmalarına, sənət dostlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir.
Sənətkarlar səhnədən getsələr də, yaratdıqları obrazlar, qoyduqları iz və sənətə verdikləri ömür yaşayır.
Allah rəhmət eləsin!
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi





