Hadisə

Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)

10 Noyabr 2026 11:21
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.