Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Baku Book Center-də dünya şöhrətli skripkaçı və dirijor Dmitri Sitkovetski ilə açıq görüş keçirilib. Görüş XX əsrin görkəmlibəstəkarı, həyatı, yaradıcılığı və peşəkar əlaqələri Bakı və Azərbaycanla sıx bağlı olan Dmitri Şostakoviçin anadan olmasının 120 illiyinə həsr olunub.
Görüş iştirakçılara dahi bəstəkarın irsinə yalnız musiqi tarixibaxımından deyil, həm də şəxsi xatirələr, ailə tarixçəsi və doğmaşəhəri Bakı ilə bağlı olan musiqiçinin yaradıcılıq təcrübəsiprizmasından nəzər salmaq imkanı yaradıb.
Dmitri Sitkovetski Şostakoviçin şəxsiyyəti və yaradıcılığı, onunmusiqi dilinin xüsusiyyətləri, əsərlərinin ərsəyə gəldiyi tarixidövr haqqında fikirlərini bölüşüb. O, həmçinin öz ailəsininmusiqi sülaləsi və bu nəslin Azərbaycan və dünya musiqimədəniyyətinin görkəmli nümayəndələri ilə əlaqələrindəndanışıb.
Görüşə xüsusi maraq qatan məqamlardan biri də Sitkovetskininözünün şəxsi həyat tarixçəsi olub. Dünya şöhrətli musiqiçi 1954-cü il sentyabrın 27-də Bakıda anadan olub. O, tanınmış musiqiçiailəsində böyüyüb: atası görkəmli skripkaçı Yulian Sitkovetski, anası isə məşhur pianoçu, 1949-cu ildə Şopen adına BeynəlxalqMüsabiqənin laureatı Bella Davidoviçdir. Ailənin musiqiənənələri daha əvvəlki nəsillərə gedib çıxır: ulu babası BakıOpera Teatrının konsertmeysteri olub, babası da şəhərin musiqihəyatı ilə sıx bağlı olub.
Beləliklə, Şostakoviç haqqında söhbət musiqiçi üçün bir neçənəsli əhatə edən ailə tarixçəsi, Bakının musiqi mədəniyyətininformalaşması və yaradıcılıq ənənələrinin varisliyi ilə bağlıxüsusi şəxsi məna daşıyıb.
Şostakoviçin Azərbaycanla əlaqələri də zəngin tarixə malikdir. Bəstəkar dəfələrlə Bakıya səfər edib, yerli musiqiçilərləgörüşüb, öz əsərlərini ifa edib və Azərbaycan bəstəkarlıqməktəbinin inkişafına dəstək verib. Xüsusilə, 1952-ci ildəBakıya səfəri zamanı öz əsərlərini ifa edib, Qara Qarayevin"Yeddi gözəl" baletinin premyerasında iştirak edib. Onun Qara Qarayev də daxil olmaqla Azərbaycan bəstəkarları iləyaradıcılıq əlaqələri ölkənin musiqi tarixində mühüm iz qoyub.
Görüş zamanı Dmitri Sitkovetskinin şəxsi xatirələriŞostakoviçin dünya musiqi mədəniyyətindəki yeri, bədii irsi vəəsərlərinin müasir dinləyicilər üçün aktuallığı barədə daha genişmüzakirəyə zəmin yaradıb.
Qeyd edək ki, Dmitri Sitkovetski dünya akademik musiqisəhnəsinin tanınmış nümayəndələrindən biridir. O, Moskva Konservatoriyasını bitirib, təhsilini Nyu-Yorkda nüfuzluCulliard Məktəbində davam etdirib. Skripkaçı və dirijor kimidünyanın aparıcı orkestrləri ilə çıxış edib. Onun yaradıcılığınakamera musiqisi, musiqi aranjimanları və müxtəlif bədiilayihələr də daxildir.
Baku Book Center-də keçirilən görüş Bakı Beynəlxalq İncəsənətFestivalının Dmitri Şostakoviçin 120 illik yubileyinə həsrolunmuş musiqi proqramının bir hissəsi olmaqla yanaşı, Bakınındünya və milli musiqi mədəniyyətinin inkişafındakı tarixi rolunubir daha ön plana çıxarıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
-
Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi





