İdman

Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq

10 Noyabr 2026 10:57
Baxış: 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.

Bu barədə Milli.Az-a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.

PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turunda baş tutacaq "Xankəndi" - "Karvan-Yevlax" matçı bu stadionda baş tutacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək.

"Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.