Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan konsert proqramı təqdim edilib.
Açılışda qeyd olunub ki, du möhtəşəm Zəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və Vətən uğrunda canından keçən igidlərimizin fədakarlığı sayəsində tariximizə qızıl hərflərlə yazılıb. 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin və qəhrəmanlıq salnaməsinin təcəssümüdür.
Konsert proqramından əvvəl Zəfər Gününün tarixi əhəmiyyəti və milli yaddaşımızdakı yeri vurğulanıb, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu əlamətdar günü hər il böyük qürur və təntənə ilə qeyd edərək Vətənə, milli dəyərlərə və qəhrəmanlıq tariximizə həsr olunan tədbirlərlə çıxış edir.
Konserti tanınmış musiqi xadimləri, xarici səfirliyinin nümayəndələri, Uşaq Filarmoniyasının rəhbər heyəti və digər dəvətli qonaqlar izləyiblər.
Konsert proqramında Filarmoniyanın solistləri, uşaq xor kapellası (bədii rəhbər: Naala Barateliya, dirijor: Leyla Muradzadə), "Sədəf" xalq çalğı alətləri Ansamblı (bədii rəhbər Qönçə Mehdiyeva, xanəndəlik müəllimi Elburus Niftəliyev), nağaraçılar ansamblı (bədii rəhbər Mahmud Salah, dirijor Nisə Salah Abbasova), vokal sinfi (müəllim Leyla Aslanova), uşaq folklor mahnı və rəqs ansamblı (bədii rəhbərlər Nigar Zeynalova və Məhəmməd Quliyev, xoreoqraf-müəllimGünel Təhməzova), eləcə də "Səda" uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə) çıxış ediblər. Konsertin baş rejissoru Günay Səttar, quruluşçu rejissor isə Nəsimi Əliyevdir.
Tədbir çərçivəsində Filarmoniyada fəaliyyət göstərən "Art Studio" rəssamlarının təqdimatında Vətənə və qəhrəmanlıq mövzusuna həsr olunmuş əl işlərindən ibarət sərgi də nümayiş olunub.
Konsert proqramı xalqımızın birliyini, həmrəyliyini və milli ruhunu təcəssüm etdirən "Yallı" xalq rəqsi ilə başa çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
-
Zəfər Gününə həsr olunmuş “Keçmişdən bu günə: Tarixi geyim və döyüş atributlarının interaktiv təqdimatı” adlı tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq





