"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəyə qarşı sərt və qeyri-adi açıqlamaları ilə tanınan Uqanda Müdafiə Qüvvələrinin komandanı Muhozi Kaineruqaba Türkiyənin Uqanda müxalifətçisi Fred Kajubi Lumbuyeni ekstradisiya etmədiyini əsas gətirərək Ankara ilə hərbi əməkdaşlığı yenidən dayandırdığını açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Uqanda ordusunun sözçüsü Kris Magezi bildirib ki, Uqanda Xalq Müdafiə Qüvvələri (UPDF) Türkiyə ilə bütün müdafiə və hərbi əməkdaşlığı dayandırıb.
"Bu, iki ölkə arasında qarşılıqlı müdafiə və hərbi əməkdaşlıqla bağlı məsələlər həll olunana qədər qüvvədə qalacaq", - deyə Magezi bildirib.
Fred Kajubi Lumbuye 2013-cü ildə Türkiyəyə sığınıb. O, Uqanda hökumətinə qarşı sərt tənqidləri ilə tanınır.
2021-ci ildə Türkiyədə saxlanılan Lumbuye Uqandaya deportasiya edildikdən sonra yoxa çıxıb. Kaineruqaba isə uzun müddət onun Türkiyədən ekstradisiyasını tələb edib və bu məsələ ilə bağlı Türkiyə hakimiyyəti ilə dəfələrlə fikir ayrılığı yaşayıb.
General son açıqlamasında da Lumbuyenin Türkiyədən Uqandaya təhvil verilməsini tələb edib.
Kaineruqabanın Türkiyə ilə bağlı açıqlamaları bununla məhdudlaşmır. O, daha əvvəl Türkiyədən 1 milyard dollar tələb edib və əks halda Türkiyənin Uqandadakı səfirliyini bağlamaqla hədələyib.
General həmçinin Türkiyənin ən gözəl qadınını həyat yoldaşı kimi istədiyini yazıb. O, bir paylaşımında "artıq beş türk qadını ilə evləndiyini" bildirib və Türkiyədən gələcək təhdidlərə qarşı mübarizə aparacaqlarını deyib.
Kaineruqaba daha sonra Türkiyə vətəndaşlarının Uqandanı tərk etməsi ilə bağlı çağırış edib və Lumbuyenin dərhal Uqandaya təhvil verilməsini tələb edib. Bu paylaşımlar sonradan silinib.
Kaineruqaba Uqanda Prezidenti Yoveri Museveninin oğlu və ölkənin ehtimal olunan varisi kimi tanınır. Sosial şəbəkələrdəki fəallığına görə ona "Twitter generalı" ləqəbi də verilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
XƏBƏR LENTİ
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp





