İdman

"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib

20 Sentyabr 2026 21:19
Baxış: 78
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasında VI tura yekun vurulub.

Milli.Az-ın məlumatına görə, turun son matçında "Sumqayıt" səfərdə "Kəpəz"lə heç-heçə edib.

Gəncə şəhər stadionunda baş tutan matç 1:1 hesabı ilə başa çatıb.

"Sumqayıt"ın heyətində 35-ci dəqiqədə Mamadi Banqre fərqlənib. Meydan sahiblərindən isə 86-cı dəqiqədə Kennet Kalunqa rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Kəpəz" 7 xalla 7-ci pillədə qərarlaşıb. 2 xala malik "Sumqayıt" isə 11-cidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" "İmişli"ni (3:1), "Şamaxı" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.