Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün həqiqətən də çox əlamətdar gündür. Bu gün Xocavənd Şəhəri Günüdür. Bildiyiniz kimi, 3 il bundan əvvəl lokal antiterror tədbirləri nəticəsində bir sutkadan da az müddətdə işğal altında olan yaşayış məntəqələrimiz, o cümlədən Xocavənd rayonunun böyük hissəsi və Xocavənd şəhəri işğaldan azad edildi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Bu il ilk dəfədir ki, Xocavənddə Şəhər Günü qeyd olunur. Bundan bir il əvvəl Xocavənd şəhərinə və rayonun digər yaşayış məntəqələrinə Böyük Qayıdış prosesi başlayıb. Köçürülmə prosesi hazırda da davamlı şəkildə həyata keçirilir.
Artıq bu günə qədər Xocavənd rayonunda 4 500-ə yaxın sakin, təxminən 1 083 ailə məskunlaşıb. Cəmi bir il ərzində 8 yaşayış məntəqəsinə insanlar öz doğma, dədə-baba torpaqlarına qayıdıb, burada həyatlarını davam etdirir, yaşayır və qururlar.
Bu gözəl günləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik. Rəşadətli Ordumuza, o cümlədən Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik ki, belə xoşbəxt günləri xalqımıza yaşadır.
Bu gün burada böyük izdiham var. Sakinlərimiz övladları ilə birlikdə Xocavənd şəhərinin Mərkəzi Parkına çıxırlar. Həm şəhər sakinləri, həm də qonaqlar burada təşkil olunan gözəl bayram tədbirində iştirak edirlər.
Bu münasibətlə hər birinizi təbrik edirəm".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto/Video)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi





