İdman

Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi

20 Sentyabr 2026 23:30
Baxış: 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real"ın baş məşqçisi Joze Mourinyo "Atletiko" ilə derbidən sonra hakim briqadasının idarəçiliyindən narazılığını bildirib.

Milli.Az xəbər verir ki, La Liqanın 7-ci turunda keçirilən Madrid derbisində "Real" 1:2 hesabı ilə məğlub olub.

Mourinyo qarşılaşmanın baş hakimi Ortiz Ariasın belə oyun üçün kifayət qədər təcrübəli olmadığını deyib, həmçinin VAR hakimi Truxilyonu da tənqid edib:

"Bu hakimin derbini idarə etmək üçün təcrübəsi yox idi. 41 yaşı var. Əvvəllər yalnız kiçik oyunlarda hakimlik edən zəif hakimdir. Belə təyinat etdiyi üçün hakimlər komitəsini təbrik edirəm".

Qeyd edək ki, məğlubiyyətdən sonra "Real" 15 xalla 3-cü pillədə qalıb. "Atletiko"nun 16, lider "Barselona"nın isə 21 xalı var. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.