Dünya

Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)

20 Sentyabr 2026 21:33
Baxış: 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Macarıstanın Baş naziri Peter Madyar Seçardda keçirilən ənənəvi məhsul festivalında vətəndaşlarla görüşərkən hücuma məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Madyar festival ərazisində insanlarla söhbət edib şəkil çəkdirərkən naməlum şəxs onun üzünə içki atıb.

Hadisəyə dərhal müdaxilə edən mühafizəçilər və təhlükəsizlik əməkdaşları həmin şəxsi ərazidən uzaqlaşdırıblar.

Hadisədən sonra Madyar sosial media hesabında hücumçunu tənqid edib və onu "uğursuz Orban döyüşçüsü" adlandırıb.

Madyar bildirib ki, hücum edən şəxs onunla üz-üzə gəlməyə cəsarət etməyib.

"Hamının əyləndiyi, yüzlərlə insanla söhbət etməyimiz və şəkil çəkdirməyimiz həmin şəxsi narahat etmiş olmalı idi. Əlbəttə, yaxınlaşıb gözlərimin içinə baxmağa cəsarət etmirdi. Sərxoş, uğursuz Orban döyüşçüsü cəsarət toplamağa çalışırdı", - deyə Madyar yazıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.