İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Növbəti illərdə qeyri neft-qaz sektorunda daha çox yeni iş yerləri yaradılacaq.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyd edildiyi kimi, sənədin icrası nəticəsində müvafiq sahədə istehsal və emal potensialının yüksəldilməsi, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların cəlbinin və qeyri-neft ixracının artırılması, yeni iş yerlərinin yaradılması, habelə regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.
Yeni iş yerləri harada yaradılacaq və kimlər işlə təmin olunacaqlar?
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Qeyd edib ki, hazırda, mədənçıxarma sənayesində 32963 nəfər çalışır. Onlardan 4063 nəfər xanım vətəndaşlarımızdır. Xam neft və təbii qaz hasilatında əmək müqaviləsi ilə işləyənlərin sayı 19638 nəfərdir. 1987 vətəndaşımızın isə metal filizlərinin hasilatı sahəsində əmək müqaviləsi qeydiyyatdan keçib. Mədənçıxarma sənayesi sahəsinə xidmətlər göstərən muzdlu işçilərin sayı isə 8633 nəfərdir. Bu xidmət sahəsində 1268 qadın çalışır:
"İş yerləri yaradılacaq şəhər və rayonlara gəldikdə isə, Proqrama əsasən, xüsusən Bakı və Gəncə şəhərlərində, Daşkəsən, Balakən, Kəlbəcər və eləcə də Qarabağda dağ-mədən sənayesi sahəsində yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Belə ki, Daşkəsən dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, həmin rayonumuzda Pellet istehsalı və İBD zavodunun qurulması da həyata keçiriləcək. Gəncə şəhərində "Azəralüminium" MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da yeni iş yerlərinin yaradılmasına imkan verəcək. "Baku Steel Company" Qapalı Səhmdar Cəmiyəti tərəfindən tikişsiz boru istehsalı sahəsində istehsal güclərinin yaradılmasının dəstəklənməsi isə paytaxtda məşğulluğa dəstək olacaq".
Deputat nəzərə çatdırıb ki, Proqrama əsasən, Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi və ondan alüminium oksidi və alüminium istehsalı və özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanlarının qiymətləndirilməsi də həyata keçiriləcək:
"Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilatın və emal prosesinin qurulması və sənaye istismarına başlanılacaq, Balakən rayonunda Filizçay polimetal yatağının TİƏ sənədinin hazırlanması və bunun əsasında tikinti işlərinin aparılması üçün qərar veriləcək və eləcə də "R.V. Investment Group Services, LLC" və onun əməliyyat şirkəti tərəfindən Ağdərə rayonunda Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi həyata keçiriləcək.
Kimlərin işlə təmin olunmasına gəldikdə isə, texniki işçilər ilə yanaşı, ixtisaslı kadrlar üçün də vakansiyaların elan olunacağı gözlənilir. Xüsusən də mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əmək təhlükəsizliyi mütəxəssisləri üçün daha çox iş yerləri yaradılacaq".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ərazidə qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı
-
Mərdəkan şossesində qəza baş verdi, yolda sıxlıq yarandı
-
Ərdoğan Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
-
“Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir? - Dosye
-
Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirdik - Ərdoğan
-
COP31 Türkiyədə öz işinə başlayıb
-
Pensiyalar bu tarixdə ödəniləcək
-
Prezident İlham Əliyev Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif edib
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Mingəçevirdə 27 yaşlı kişi bıçaqlandı
-
Rusiya və Ukrayna ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparacaq
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
Həmin ölkələrdən ödəniş tələb etdi: "Tramp olmasaydı, İsrail mövcud olmazdı"
-
Azərbaycanlı biznesmenin 141 milyonluq mülkünə həbs qoyuldu
-
“Şahzadə Mustafa”dan etiraf
-
Füzuli Rzaquliyev vəfat etdi
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib - Foto
-
Bu həftə ən çox qazanacaq BÜRCLƏR
-
Türkiyədə iki yüksək vəzifəli şəxs tutuldu
-
Brüs Uillisin qızından duyğulandıran paylaşım - (Video)
-
800 illik qala 1 avroya satılır - (Foto)
-
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - (Foto-Video)
-
Özcan Denizin arvadı ağır əməliyyat keçirəcək





