Cəmiyyət

Bu şəxslərin maaşı və pensiyası artırılır

24 Sentyabr 2026 09:41
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir.

Milli.Az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və vahid strukturun yaradılması nəzərdə tutulur.

Ədalət Verdiyev bildirib ki, maaşların xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanması planlaşdırılır.

Ekspertin iddiasına görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları orta hesabla 25 faizə yaxın və daha çox artırıla bilər. Baza maaşı olan vəzifə maaşının rütbə maaşı ilə əvəzlənəcəyi, rütbə maaşının payının isə 70 faizə çatdırılacağı qeyd olunub.

Bundan başqa, hərbi qulluqçuların pensiya təminatı mexanizminin təkmilləşdirilməsi və tam rəqəmsallaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən məlumat Ədalət Verdiyevin paylaşımına əsaslanır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.