Ölkə

Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)

26 Sentyabr 2026 19:12
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

10-cu yubiley Azərbaycan Qran-Prisi başa çatdı, marşallar üçün isə gərgin iş günü finiş bayrağı ilə yekunlaşdı.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqasında 1100 marşal yarış boyu öz postlarında hazır dayanaraq trekdə baş verən insidentlərə saniyələr içində müdaxilə etdi. 

Sərbəst yürüşlərdən əsas yarışa qədər onların çevik reaksiyası və koordinasiyalı işi trekdə yarışın mütəşəkkil keçirilməsində mühüm rol oynadı. Pilotlar 51 dövrəlik mübarizədə finişə çatmaq üçün yarışarkən, marşalların diqqəti hər an trekdə oldu.

Bolidlər finiş xəttini keçdi, yarış başa çatdı, marşallar isə daha bir Azərbaycan Qran-Prisini təhlükəsiz şəkildə geridə qoydu. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.