İdman

“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu

26 Sentyabr 2026 20:13
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç Robert Levandovski barədə maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, təxminən iki ildən sonra Polşa millisinə dəvət alan futbolçu Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçədən sonra "Fakt" nəşrinə danışıb.

38 yaşlı Levandovskinin yaşlandığını hiss edib-etmədiyi barədə suala Puxaç belə cavab verib:

"Levandovskidə heç bir yaşlanma əlaməti görməmişəm. O, xüsusilə cərimə meydançasında hələ də çox təhlükəlidir. Ondan bir saniyə gözünüzü çəksəniz, top qapıda ola bilər".

Puxaç hücumçunun Bosniya ilə oyunda sonadək meydanda qalmasını da şərh edib:

"Belə nəticə olanda onun ambisiyası meydandan çıxmasına imkan vermirdi. Bilirdi ki, son dəqiqələrdə daha çox imkan yaranacaq və topun qarşısına düşəcəyinə, fürsətlərdən birini qola çevirəcəyinə ümid edirdi. Əvvəllər çox şansı olmadığından həmin anı gözləyirdi". (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.