Hadisə

Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb

26 Sentyabr 2026 16:04
Baxış: 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda Masallı sakini qətlə yetirilib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Bakıda qətlə yetirilən, əslən Masallı rayonunun Göyəçöl kəndindən olan 50 yaşlı Səadət Həsənovanın qarət məqsədilə öldürüldüyü bildirilir. Bu barədə mərhumun qardaşı Rasim Babayev məlumat verib.

Onun sözlərinə görə, Səadət Həsənova qətlə yetirilərkən üzərində olan bəzi qızıl-zinət əşyalarının sonradan yoxa çıxması hadisənin qarət məqsədilə törədildiyini deməyə əsas verir.

Hadisəni törətməkdə şübhəli bilinən Qusar rayonunun Əvəncuq kənd sakini Kamran Seyidov artıq şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Məlumata görə, Kamran Seyidov Səadət Həsənovanı qətlə yetirdikdən sonra onun meyitini avtomobilə qoyaraq Qusar rayonunda meşəlik ərazidə, göl kənarına apararaq atıb.

Faktla bağlı araşdırma aparılır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.