Cəmiyyət

Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq

24 Sentyabr 2026 12:17
Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün axşam Quba-Qusar bölgəsində, sentyabrın 25-də isə günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Həmçinin Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.