Dünya

Pakistan Əfqanıstana zərbələr endirdi

24 Sentyabr 2026 11:37
Baxış: 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanması üçün istifadə olunan 10 obyektə zərbələr endirib.

Milli.Az xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar bildirib.

Onun sözlərinə görə, sentyabrın 23-də Əfqanıstana məxsus PUA-lar Pakistanın hava məkanına daxil olub və İslamabadda bu, suverenliyin pozulması və təcavüz aktı kimi qiymətləndirilib.

Nazir "Pakistana qarşı düşmənçilik fəaliyyətinə" dərhal son qoymağa və terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.