Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda kiçik sahəli, xüsusilə studio tipli mənzillərə tələbat artır və bəzi ərazilərdə belə mənzillərin 1 kvadratmetrinin qiyməti 4 000 manatı ötür.
Milli.Az-ın araşdırmasına görə, əmlak bazarında kiçik mənzillərə marağın əsas səbəbləri arasında məhdud büdcə, kirayə gəliri əldə etmək imkanı və mərkəzi ərazilərdə mənzil almaq istəyi dayanır.
Hazırda Bakı üzrə yeni tikililərdə mənzillərin 1 kvadratmetrinin median qiyməti təxminən 2 587 manat təşkil edir. 1 otaqlı mənzillərin orta satış qiyməti 126 786 manat, 2 otaqlı mənzillərin orta qiyməti isə 165 min manatdır.
Rayonlar üzrə qiymətlər isə daha yüksək ola bilər. Yeni tikililərdə 1 kvadratmetrin orta qiyməti Nərimanovda 3 278 manat, Nəsimidə 3 198 manat, Yasamalda 2 957 manat, Xətai rayonunda isə 2 877 manatdır.
Bu qiymətlərə əsasən, 30 kvadratmetrlik studio mənzilin qiyməti Nəsimi rayonunda təxminən 96 min manata çata bilər. 40 kvadratmetrlik mənzil üçün isə bu göstərici 128 min manata yaxınlaşır.
Bazarda daha yüksək qiymətli nümunələr də mövcuddur. 28 May metrosu yaxınlığında 62 kvadratmetrlik studio mənzil 254 min manata, yəni 1 kvadratmetri 4 100 manata təklif edilir.
Bunun əksinə, Masazırda 44 kvadratmetrlik studio mənzil 82 min manata satışa çıxarılıb. Burada 1 kvadratmetrin qiyməti 1 860 manat təşkil edir.
Əmlak bazarı üzrə müşahidələr göstərir ki, studio mənzillərin qiymətinə yalnız sahə deyil, yerləşmə yeri də ciddi təsir göstərir. Metro stansiyalarına, iş mərkəzlərinə və universitetlərə yaxın ərazilərdə kiçik mənzillərə tələbat daha yüksəkdir.
Digər mühüm amil isə bu mənzillərin investisiya məqsədilə alınmasıdır. Nisbətən kiçik ilkin kapital tələb edən studio mənzillər kirayəyə vermək istəyən alıcılar üçün də maraqlı seçim hesab olunur.
Beləliklə, kiçik mənzilin ümumi qiyməti böyük mənzildən aşağı olsa da, mərkəzi ərazilərdə onun 1 kvadratmetrinin qiyməti kifayət qədər yüksək ola bilər.
Qeyd edək ki, göstərilən rəqəmlər əmlak elanlarında qeyd olunan satış qiymətləridir. Real satış zamanı tərəflərin razılaşmasından asılı olaraq yekun məbləğ fərqlənə bilər.
DİGƏR XƏBƏRLƏR
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
XƏBƏR LENTİ
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub





