İdman

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)

26 Sentyabr 2026 17:58
Baxış: 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtımızda təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisində fəxri kürsünün sahibləri bəlli olub və qaliblərə mükafatları təqdim edilib.

Milli.Az xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən, "Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İkinci pillədə "Red Bull" təmsilçisi niderlandlı Maks Ferstappen qərarlaşıb. Üçüncü yeri isə onun komanda yoldaşı İsak Hacar tutub.

Qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Avtomobil Federasiyasının rəhbəri Mohammed Ben Sulayem təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildən etibarən bu nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən turnir baş tutmamışdı. İndiyədək Bakı trasında müxtəlif illərdə Niko Rosberq, Daniel Rikkardo, Luis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri çempion olublar.

Yubiley - 10-cu dəfə keçirilən bu ilki yarışda 10 komandanın 20 pilotu mübarizə aparıb. Ümumi uzunluğu 6 kilometr olan Bakı treki 20 döngədən ibarətdir. Azadlıq meydanından start götürən tras Hökumət Evinin ətrafından keçərək İçərişəhər istiqamətinə uzanır, daha sonra Neftçilər prospekti ilə birləşərək yenidən başlanğıc nöqtəsində tamamlanır. Saat əqrəbinin əks istiqamətinə yönəlmiş bu unikal trek tanınmış alman memar Hermann Tilke tərəfindən layihələndirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.