Ölkə

Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)

26 Sentyabr 2026 22:21
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avtomobili ilə hərəkətdə olan soydaşımızın üzərinə dron düşüb...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Rusiyanın Bryansk vilayətində baş verib. Əslən Ucar rayonunun Boyat kəndindən olan Hüseyn Mussaliyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Onun nəşi doğma rayonuna gətirilərək dəfn edilib.

Yaxınlarının sözlərinə görə, Hüseyn Mussaliyev təxminən 30 ildir Rusiyada yaşayır və ticarətlə məşğul olurmuş. Onun ailəsi bu yaxınlarda Rusiyadan Azərbaycana gəlsə də, özü orada qalıb.

Mərhumun iki azyaşlı övladının olduğu bildirilir. Onlar hazırda Ucarın Boyat kəndində yaşayırlar.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.