Dünya

Banqkok fəlakət zonası elan edildi - (Video)

26 Sentyabr 2026 21:40
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Taylandın paytaxtı Banqkokda güclü yağışların səbəb olduğu daşqınlar fonunda şəhərin bütün 50 rayonu fəlakət zonası elan edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, leysan yağışlar paytaxtın müxtəlif ərazilərində daşqınlara səbəb olub.

Xüsusilə Banqkokun şərq hissələrində kanalların su ilə dolması nəticəsində əsas yollar su altında qalıb. Daşqınların vurduğu ziyan və gündəlik həyata ciddi təsiri nəzərə alınaraq, şəhərin bütün rayonlarının fəlakət zonası elan edilməsinə qərar verilib.

Banqkok Metropoliten Administrasiyası (BMA) qərarın daşqından zərər çəkmiş ərazilərdə daha sürətli və koordinasiyalı yardım göstərilməsi məqsədilə qəbul edildiyini açıqlayıb.

Səlahiyyətli şəxslər kanalların yaxınlığında yaşayan sakinlərin risk altında olduğunu bildirərək, yağışların davam edəcəyi təqdirdə qiymətli əşyaların və nəqliyyat vasitələrinin daha yüksək ərazilərə köçürülməsinə çağırış ediblər.

Rəsmilər daşqından zərər çəkmiş ərazilərdə yataq xəstələrinin xəstəxanalara köçürüləcəyini, evlərini tərk etmək məcburiyyətində qalan sakinlərin isə BMA ilə əlaqəli məktəblərdə yerləşdirilə biləcəyini bildiriblər.

Taylandda güclü yağışların sentyabrın 27-dək davam edəcəyi gözlənilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.