Hadisə

Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir

26 Sentyabr 2026 22:42
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı, 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı, 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.