İdman

Salah heyətdən çıxarıldı

26 Sentyabr 2026 22:40
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misir millisinin və "Trabzonspor"un ulduz futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsində Cənubi Sudanla keçiriləcək matçda iştirak etməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Misir Futbol Federasiyası Salahın qarşılaşmanın keçiriləcəyi stadionun sintetik örtüklü meydançası səbəbindən heyətdən çıxarıldığını açıqlayıb.

Federasiyanın bəyanatında bildirilib ki, milli komandanın texniki heyəti Salaha sentyabrın 29-da Cənubi Sudanla keçiriləcək oyunda istirahət vermək qərarına gəlib.

Qeyd olunub ki, qərar ulduz futbolçunun qorunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, Misir millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində son olaraq Anqola ilə 0:0 hesablı heç-heçə edib. Komanda sentyabrın 29-da səfərdə Cənubi Sudanla qarşılaşacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.