Şou-biznes

"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)

27 Sentyabr 2026 09:26
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanla bağlı növbəti əməliyyat keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, istintaq çərçivəsində Tançalana məxsus pulların İstanbulun Sarıyer rayonunun Maslak məhəlləsində yerləşən avtomobillərdə gizlədildiyi müəyyən edilib.

Avtomobillərdən aşkarlanan valyutanın ümumi miqdarı belə olub:

20 min ədəd 500 avroluq əskinas - 10 milyon avro

29 min 300 ədəd 200 avroluq əskinas - 5 milyon 860 min avro

3 min 200 ədəd 100 avroluq əskinas - 320 min avro

5 min 200 ədəd 50 avroluq əskinas - 260 min avro

7 min ədəd 100 dollarlıq əskinas - 700 min ABŞ dolları

Avtomobillərdən ümumilikdə 16 milyon 440 min avro (31 milyon manatdan çox) və 700 min ABŞ dolları (1 milyon manatdan çox) aşkarlanıb. Hər iki 2 avtomobilə həbs qoyulub.

İstintaq çərçivəsində bir şübhəli saxlanılıb və onun barəsində hüquqi prosedurlara başlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.