Maraqlı

Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu

27 Sentyabr 2026 04:04
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir. Illərdir ən təbii hesab edilən ev qatığı və süzmə zənn siyahının zirvəsində yer almır.

Ənənəvi ev qatıqlarında olan maya bakteriyaları həzm prosesində mədə turşusu ilə qarşılaşdıqda böyük ölçüdə funksiyasını itirə bilir. Aparılan araşdırmalar mədə mühitini canlı keçə bilən və birbaşa bağırsaq mikrobiatasına yapışa bilən xüsusi bakteriya ştammları ilə hazırlanmış probiotik qatıqların (bifidobakteriya və laktobasilli əlavə olunanlar) sağlamlıq baxımından ən yüksək faydanı təqdim etdiyini göstərir.

Bağırsaq sağlamlığının immun sistemi, əhval-ruhiyyə və metabolizm üzərindəki birbaşa təsiri nəzərə alındıqda, canlı probiotik sayının yüksəkliyi bu qatıq növünü digərlərindən fərqləndirir.

Probiotik qatıqların təqdim etdiyi bu güclü effektdən faydalanarkən diqqət yetirilməli kritik bir məqam mövcuddur. Marketlərdə satılan ətirli və ya meyvə əlavəli növlər yüksək şəkər tərkibinə görə faydadan çox zərər verə bilər.

Mütəxəssislər maksimum fayda üçün əlavə şəkər ehtiva etməyən sadə probiotik qatığın istehlak edilməli olduğunu vurğulayırlar. Xüsusilə həzm pozğunluğu, şişkinlik və immun zəifliyi yaşayan fərdlər üçün probiotik baxımından zənginləşdirilmiş bu qatıq gündəlik qidalanma rutinini ən dəyərli hissəsi olaraq göstərilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.