Cəmiyyət

Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)

29 Sentyabr 2026 21:45
Baxış: 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüblər.

Milli.Az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə təşəkkür ifadə olunub, göstərilən uzunmüddətli dəstək yüksək qiymətləndirilib. Xüsusilə uşaq pediatriyası sahəsində Müqəddəs Taxt-Tacın "Bambino Gesu" xəstəxanası ilə qurulan əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, Müqəddəs Pavel Bazilikasının və oradakı abidələrin bərpası, həmçinin bu istiqamətdə gələcək fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Rahibə Raffaella Petrini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib. O, yaxın vaxtlarda Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.